Yeni `İphone`ların təqdim olunacağı tarix bilindi
10.8.2015

Amerikanın `Apple` şirkəti sentyabrın ikinci həftəsi `İphone` smartfonunun və ` Apple TV`nin yeni versiyasını təqdim edəcək.

Bu barədə ` BuzzFeed News`öz mənbələrinə istinadən xəbər verir.

Mənbə telefonun təxminən sentyabrın 9-u təqdim olunacağını bildirib.

Nəşr vurğulayır ki, ötən ildə yeni `İphone`lar məhz bu tarixdə təqdim olunmuşdu.

`Apple` şirkəti hələ ki, bu məlumatı nə təsdiq, nə də təkzib edir.

`Apple`ın fəaliyyətini izləyən digər nəşrlər `BuzzFeed`in atədən proqnozlarında yanılmadığını vurğulayır.


AzVision.az