ABŞ-ın məşhur `Google` şirkəti yeni yaradılan `Alphabet` holdinqinin tərkibinə qatılıb. Google` şirkəti həmçinin təşkilatı dəyişikliklərə də məruz qalacaq. Belə ki, şirkətə daxil olan və internet-biznesdən uzaq olan şöbələr yeni holdinqin tərkibində ayrıca şirkətlər kimi fəaliyyət göstərəcək.
Nümunə kimi `Google`in yaradıcı Larri Peyc qlükozaya həssas kontakt linzaların yaradılması ilə məşğul olan ` Life Sciences` və uzunömürlülük sahəsində araşdırmalar aparan `Calico` şirkətlərini misal göstərib.
Yeni holdinqin baş direktoru Larri Peyc, `Google`ın digər yaradıcısı Sergey Brin isə ` Alphabet`-in prezidenti olacaq.
`Google` məhsullar üzrə vitse-prezidenti Sundar Piçai isə `Google`ın baş direktoru olacaq.
AzVision.az