“Azərişıq” ASC Sumqayıt, Sabirabad və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başlayıb. ASC yaxın gələcəkdə Bərdə və Gəncədə də xidmət əhatəsini genişləndirəcək.
Səhmdar Cəmiyyətdən bildirilib ki, mərkəzlərdə abunəçilər “Borcun olmamasına dair arayışın verilməsi”, “Elektrik enerjisi istehlakçısının dəyişdirilməsi”, “Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması”, “Qeyri-əhali üzrə texniki şərt müraciətlərinin qəbulu” və “Borcun araşdırılması” xidmətlərindən yararlana bilərlər.
azertag.az