Günün qoroskopu
14.8.2015

Qoç - Ay və Merkurinin münasibətləri hadisələrin sakit, hətta bir qədər ləng inkişafına zəmin yaradır. İşlərdə gecikmə və təxirəsalmalar ola bilər.
Gözlədiyiniz məlumatın gəlişi yubanır.
Daxili harmoniyaya nail olaraq, bir qədər nəfəs alın və çoxdan çözüləsi problemin həlli üçün var gücünüzlə çalışın.
İşin konkret, praktiki yönlərinə fikir verin. Maddi gəlir vəd edən və ya maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq işi görün. Vədlər, yardım, psevdohumanizm vaxtı deyil.
Xarici görkəminizin qayğısına qalın. Sizə lazım olduğunu düşündüyünüz, amma pul sərfindən başqa heç nə olmayan əşyanı bankların böyükfaizli kreditilə almayın. Belədə əşya sizə dəyərindən ikiqat baha başa gələcək.
Boş vədlərə və şirin dilə aldanmayın.
Məntiqli səylər nəticə verəcək.

Buğa - Hiperion və Mimasın münasibətləri günün aramla, tələsmədən keçməsini gözləyənləri pərişan edə bilər. Yaxın həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın, pul qazanın.
Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. İş yerində gərəksiz əşyalardan qurtulun.
Bu gün alış-veriş üçün sərfəli deyil.
Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.

Əkizlər - Umbriel və Ledanın münasibətləri enerji ilə diqqətinizi işə cəlb edir. Mühüm məsələnin inkişafında geri qalmamaq üçün bütün bacarıq və imkanları işə salın.
Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən almaq gərəkdir. Lazımi məlumatın əldə edilməsi üçün bütün vasitələri işə salın. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə danışıqlar, məsləhətləşmələr aparıla bilər.
Özünüzə vaxt ayırın. Axşam saatlarında sizə xoş insanlarla ünsiyyətdə olun.

Xərçəng - Bir qədər asta çalışmaq istəsəniz də, gün sizdən fəallıq və əzm tələb edir. Kallisto və Titanın münasibətləri gəzinti, ezamiyyət, tapşırıqlarla bağlı şəraiti əlverişli edir.
Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. İzafi işlərlə özünüzü yormayın.
Günün ikinci yarısında nigaranlıq və gərginlik yarana bilər. Dəyər verdiyiniz insanın yanınızda olmasına çalışın. Sizi rahatlandıracaq işlə məşğul olun.

Şir - Lisiteya və Enseladın münasibətləri sizdən qətiyyət, əzm istəyir. Məqsədlərinizə çatmaq üçün səyrlərinizi əsirgəməyin.
Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların tənbəllik edərək işdən yayınmalarına imkan verməyin.
Əyləncə və istirahət bir qədər gözləyə bilər.
Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait yaradın.
Ünsiyyət üçün düşərli gündür. Fəqət qarşı tərəfin yaşam maraqları məkanına müdaxilə etməyin.

Qız - Oberon və Tefeyanın münasibətləri bu gün rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə fikir verin. Səhhətə diqqət yetirin.
Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.
Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və təkliflərə fikir verin.
Aktiv olun, ətalətlə davranmayın.

Tərəzi - Saturn və Veneranın münasibətəri bu gün yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv yanaşmağa imkan verir.
Kiminsə fikrini və mövqeyini kökündən dəyişmək çətin olacaq. Aktual mövzunun həllinə və ya mövqelərin səbatlaşmasına yönəlmiş ideyalar dərhal müsbət dəyərləndiriləcək. Özünüzü əmin hiss etmək üçün ətraf mühitdə daha çox qayda yaradın.
Evdəki kiçik təmiri başa vurun, problemləri çözün.
Şəxsi münasibətlərdə yalnız konkret jestlər dəyərləndiriləcək. Bu gün daha az xəyal edərək daha çox iş görün.

Əqrəb - Saturn və Marsın münasibətləri sakit, ciddi problemlərin yaşanmayacağı gün vəd edir. Bir qədər tənbəllik, ətalət hiss olunsa da, fikrinizi dağıdacaq və əsas işdən yayındıra biləcək məqamlara diqqət verməyin.
Evdəki problemi həll edin, çünki ailə üzvləri sizin laqeydliyinizdən şikayətçidir.
Böyük həcmdə iş görmək, müəyyən detalları önə çəkmək, planlara yenidən baxmaq olar.
Yaxın ətrafınızdakı insanlardan biri pozitiv rol oynayaraq sizə yardım edə bilər.
İşdə həmkarlarınıza təzyiq etməyin ki, qeyri-adekvat etirazla qarşılaşmayasınız.

Oxatan - Makemake və Yerin münasibətləri maliyyə, maddi məsələlərlə məşğul olaraq həyatdan kam almağa imkan verir. İndi tələsməyə lüzum yoxdur.
Rejimə riayət edin, səhhətinizə fikir verin.
Fiziki məşğələlər və ya iş məsləhətdir. Görüləsi işlər həddən artıqdırsa, əlavə gəlir imkanına şirnikib daha bir işə başlamayın.
Günün ikinci yarısında olayların tempi bir qədər aşağı düşəcək.
Axşam saatlarında bir qədər açıq havada gəzişin. Amma özünüzü soyuğa verməyin.
Boğazınızı gözləyin, çünki qripə yoluxmaq və ya zökəm riski çox güclüdür.

Oğlaq - Serera və Merkurinin münasibətləri gərginliyi, nigaranlıq və narahatlığı müvəqqəti unudaraq bütün diqqəti işə, problemlərin həllinə cəlb etməyə imkan verəcək.
Ailə qayğıları və əlaqələr ön plana çıxacaq, işdəki münasibətlərə aydınlıq gətirilməsinə ehtiyac yaranacaq.
Praktiki olun, ayaq üstə möhkəm durun.
Sizə əziz olan insanları sərt tənqid etməyin, onlardan sirr saxlamayın. Yaxınlarınızı tərifləyin. Rəğbət nümayişi böyük vədlərin verilməsinə çevrilməməlidir.

Dolça - Erida və Veneranın münasibətləri gündən faydalanmağa imkan verir. Görüləcək işlərin formasını və həcmini müəyyənləşdirin, plan qurun, yükü həmkar, tərəfdaş və ya şəriklə bölüşün.
Sizə önəmli olan insanla əlaqə saxlayın, narahat edən məsələni onunla müzakirə edin.
İkinci dərəcəli işi təxirə salaraq konkret məkanda önəmli məsələ ilə məşğul olun.
Kompüterinizdəki fayl və qovluqlarda qayda yaradın.
Təmas və əlaqələrdə gərginlik yaratmayın. Ehtiyac duyanda təmas qurun.
Axşam saatlarınızı sevdiyiniz əyləncə və ya marağa həsr edin.

Balıqlar - Ay və Deymosun münasibətləri bu gün hər şeyi ciddi qəbul etməyi istəyir. Günün zahiri amilləri müsbətdir. Ünsiyyət, sizi maraqlandıran məlumatların alınması üçün məhdudiyyətlər yoxdur.
Əgər kimsə və ya nəsə varlığını xatırladarsa, bu, təsadüfi olay deyil. Gərəkli zəngləri edin, məktublar yazın, sizdən diqqət nişanəsi gözləyən insanı pərişan etməyin.
Vədləri yerinə yetirin.
Şəxsi münasibətlərdə inadkar olmayın. Möhkəm fikirləşməyə vadar edən hadisə baş verə bilər.
Axşam saatlarını maraqlı bir məkanda keçirmək məsləhətdir.
Gec saatlarda görüşdən imtina edərək rahat istirahət üçün şərait yaradın.

Milli.Az