Prezident sərəncam imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının rəsmi saytına istinadən verilən xəbərə görə, sərəncamla T.Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə T.Budaqov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
www.oxu.az