400 illik tarixi yaşı olan "Qurani-Kərim"
14.8.2015

Hindistanda XVII yüzillikdən qalan "Qurani-Kərim" tapılıb.

1556-1605-ci illərdə Babur imperatoru Əkbər şahın ölümündən sonra yazıldığı bildirilən və 604 səhifədən ibarət olan bu müqəddəs kitabın , həm də altun naxışlardan təşkil olunduğu qeyd edilib. Yerli əhalidən olan 10 nəfər "Qurani-Kərim"in oğurlanmasına cəhd edib. 400 illik tarixi olan müqəddəs kitabı 770 min dollara satmağa cəhd göstərilsə də , bunun qarşısı müvəffəqiyyətlə alınıb.

Məşhur tarixçi Şeyx Əli BBC telekanalına müsahibəsində bildirib ki, bu müqəddəs kitab tapılan digər qədim "Qurani-Kərim"lərdən fərqlənir.

Qeyd edək ki, hazırda bu müqəddəs kitab xüsusi yerdə mühafizə olunur.

azertag.aZ