Zəngli saatı əvəz edən yataq!
17.8.2015

Əgər yatmağı sevirsinizsə və yataqdan heç qalxmaq istəmirsinizsə, ancaq bu vəziyyətdə də işə gecikməkdən şikayətçisinizsə, onda bu yataq tam sizə görədir. Çünki bu yataqda yatıb qalma ehtimalınız yoxdur.

Bu əyləncəli və eyni zamanda riskli yuxudan oyanma görüntülərinə daha ətraflı "Texno Park"da baxa biləcəksiniz.

Bundan başqa, "Texno Park"da smartfon qalınlığında televizor, yaponların hazırladığı dünyanın ən böyük lazeri haqqında məlumatlardan da xəbərdar ola biləcəksiniz.

"Texno Park" bazar günü 18:00-da, təkrarı isə cümə axşamı saat 12:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Milli.az