Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi
məktəbindən bildirmişlər ki, bu məktəbinin şagirdi Məhərrəm Hüseynli
Ukraynanın Odessa şəhərində ənənəvi olaraq keçirilən 9-cu Beynəlxalq
“Sozvezdie - 2011” musiqi müsabiqəsində qələbə qazandı. M.Hüseynli 13-16
yaş arası yeniyetmələrin musiqi müsabiqəsində qızıl medala və diploma
layiq görülmüşdür.
Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın aparıcı mədəniyyət
xadimlərinin daxil olduğu münsiflər heyəti festivalda həmyerlimizin səs,
səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti, repertuar zənginliyini yüksək
qiymətləndirmişlər. V.Motsartın “Fiqaronun toyu” operasından Fiqaronun
ariyası və Müslüm Maqomayevin repertuarından ölkəmizə ithaf olunmuş ən
gözəl əsərlər sırasından olan “Azərbaycan” mahnısı M.Hüseynliyə inamlı
qələbə qazandırmışdır.