Startap mərkəzinə layihə seçimi nə vaxt başlayacaq?
17.8.2015

Gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi məqsədilə yaradılan Baku Business Factory (BBF) sentyabr ayından startapları da mərkəzə qəbul edəcək.

Bu barədə BBF-dən məlumat verilib.

Qeyd edilib ki, BBF-in Startap mərkəzi sentyabrdan 1-dən fəaliyyətə başlayacaq. Hazırda startapçıların müraciətləri qəbul olunsa da layihələrin seçimi və qəbulu payızda həyata keçiriləcək.

Məlumatımıza görə, bütün müraciətlər bazaya toplanır. Bu gün də Startap layihəsi üçün göndərilən müraciətlər davam edir.

Startaplar üçün ayrılan Mərkəzdə 16 nəfərlik yer ayrılıb. Aldığımız məlumata görə, startaplar üçün daha geniş dəstək proqramı olacaq. Belə ki, startaplara mentor dəstəyi, mühasibatlıq, marketinq dəstəyi olacaq, yerli və xarici mütəxəssislərin iştirakı ilə daimi təlimlər təşkil olunacaq. Həmçinin seçilən layihələrə inevstisiya dəstəyi də göstəriləcək. Startap mərkəzinin planında sponsorluq və universitetlərlə əməkdaşlıqlar da var.

Xeberler.az