Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaxın zamanda üçüncü qrant müsabiqəsini elan etməyə hazırlaşır. Fond üçüncü qrant müsabiqəsini sentyabrda elan edəcək.
Bu il qrant müsabiqələrində Startap layihələri üçün ayrılan vəsaitin həcmi artırılacaq.
Qeyd edək ki, Fondun ilk qrant müsabiqəsində startaplara ayrılan qrantların ən yuxarı həddi 20 min AZN, ikinci qrant müsabiqəsində isə ən yuxarı hədd 10 min AZN olub. Bu məbləğin üçüncü qrant müsabiqəsində artacağı gözlənilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov startapçılarla görüşü zamanı da İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən startap layihələrə ayrılan vəsaitlərin həcminin artırılacağını vurğulamışdı.
Xeberler.az