Sərhədçilər “Heydər zirvəsi”nə yürüş təşkil ediblər
18.8.2015

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ ərazisində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə və 4042 metr yüksəklikdə yer­əşən “İlham Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil edilib.

Хudat sərhəd dəstəsinin «Хınalıq» sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları çətinlik dərəcəsinə görə “2 А” kateqoriyasına aid edilən zirvələri fəth ediblər. Zirvələrdə sərhədçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Dövlət Bayrağımız sancılıb, qaya üzərinə Azərbaycan Sərhəd Mühafizəsinin 96 illiyinə həsr olunmuş lövhələr, Dövlət Sərhəd Xidmətinin emblemi və şüarlar yerləşdirilib.

Azərbaycan Sərhəd Mühafizəsinin 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, xidmətdə fərqlənmiş bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Şahdağ ərazisində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər Əliyev zirvəsi”nə və 4042 metr yüksəklikdə yer­əşən “İlham Əliyev zirvəsi”nə ənənəvi yürüşü təşkil edilib.

APA