Tomsk alimləri öz-özünə öyrənmə bacarığı olan süni beyin yaradıblar.
Tomsk Dövlət Universitetinin alimlərinin məqsədi tibb işçilərinə müxtəlif növ yaddaşsızlığın, o cümlədən Parkinson, Alzheimer xəstəliklərinin araşdırılmasında və müalicəsində kömək etməkdir.
Əvvəlcə insan beyninin riyazi və kompyuter modelləri qurulub. Bundan sonra süni neyron şəbəkələrindən ibarət radioelektron cihaz hazırlanıb. Süni beyin bioloji modellə eyni olmalıdır.
Layihə Rusiya, Almaniya, Bolqarıstan, Ukrayna, Belarus və Qazaxıstan alimləri tərəfindən Tomsk Dövlət Universitetinin beynəlxalq laboratoriyasında həyata keçirilir.
Xeberler.az