Xaricdə xeyli sayda insanı başına toplayan festival Bakıda baş tutacaq.
Qeyri-adiliyi ilə seçilən, dünyada məşhur olan rənglər festivalı Bakıda keçiriləcək. Festivalın Xəzər adaları sahilində avqustun 29-da keçirilməsi nəzərdə tutulub.
Festivalda sizi dj-lərin çıxışı, gənc müğənni Leyla İzzətova və o cümlədən bir müddət əvvəl "Yetenek Sizsiniz Türkiye"də çıxış edən "ALARM DANCE CREW" rəqs qrupunun çıxışları gözləyir.
Rənglər festivalı şəhərdən kənarda keçirildiyinə görə qonaqlar üçün Azneft dairəsindən tədbirin keçiriləcəyi yerə xüsusi avtobuslar işləyəcək.
Qeyd edək ki, "Baku Color Fest"in informasiya dəstəkçisi Milli.Az saytıdır.
Milli.Az