Fransada Çingiz Abdullayevin yeni kitabının təqdimatı keçiriləcək
11.5.2012

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin kitabının təqdimatı keçiriləcək. Ç. Abdullayev bu münasibətlə mayın 14-də Fransaya səfər edəcək.

Yazıçının «İdeal hədəf» kitabı fransız dilinə tərcümə edilərək Fransada nəşr olunub.

APA