Süni intellekt (CSAIL) sahəsində kompüter elm və tədqiqatlar Laboratoriyasının əməkdaşları xüsusi rəqəmli qələmdən istifadəni təklif ediblər.
Bu qələm ondan istifadə edən şəxsin sinir sistemində bu və ya digər xəstəliyin sindromlarını tez və yüksək dəqiqliklə aşkar edəcək.
Belə həll kimi artıq bazarda mövcud olan Anoto Live Pen qələmindən istifadə edilib.
Anoto Live Pen qələminə yazan ucluğun və kağız vərəqin vəziyyətini saniyədə 80 kadr tezliklə izləyən xüsusi videokamera quraşdırılıb. Qələm üçün xüsusi hazırlanmış proqram təminatı insanın beyini və mərkəzi sinir sistemində bir neçə ciddi xəstəliyinin erkən sindromları üzrə ən kiçik əlamətləri izləməyə imkan verir.
Əlbəttə ki, son diaqnoz peşəkar doktor tərəfindən qoyulur, amma mütəxəssislər xəstələrin belə yoxlanması üsulunun artıq yüksək səmərəlilik və dəqiqliyini vurğulayıblar.
Xeberler.az