Gəncə lokomotiv deposundakı elektrovozlar yenilənəcək
19.8.2015

Yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək.

Bu barədə məlumat verən Gəncə lokomotiv deposunun rəisi Əsgər Şirinov deyib ki, hazırda Gəncə deposunda 10 ədəd V-8, 5 ədəd V-11, 9 ədəd V-10 tipli teplovoz var. Onların da hamısı demək olar ki, istismar müddətini başa çatdırıb. Gəncə deposunu müasir elektrovozlarla təmin etmək məqsədilə Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fransa şirkəti arasında ilkin razılaşma əldə edilib. Həmin razılaşmaya əsasən yaxın vaxtlarda Gəncəyə Fransa istehsalı olan yeni elektrovozlar gətiriləcək.

AZƏRTAC