"Bakcell" internet paketlərini yarı qiymətə təklif edir
19.8.2015

"Bakcell" şirkəti yeni endirim kampaniyasına başlayıb. Abunəçilər internet paketi aldıqda, kampaniya çərçivəsində ikinci eyni həcmli internet paketini yarı qiymətə əldə edə bilirlər.

Şirkətdən verilən məlumata görə, 40, 120, 360 və ya 600 meqabayt həcmində istənilən internet paketini əldə etdikdən sonra, abunəçiyə ikinci internet paketin yarı qiymətə əldə edilməsi imkanı barədə məlumat SMS vasitəsilə göndərilir. Bu internet paketini almaq üçün abunəçilərə hər dəfə 24 saat vaxt təqdim olunur.

AZƏRTAC