"Mercedes"in gözəgörünməz avtomobili
11.5.2012

Almaniyanın "Mercedes Benz" avtomobil konserni yeni yanacaq elementləri sistemini qeyri-adi yolla nümayiş etdirmək qərarına gəlib.
Həmin texnologiya sayəsində avtomobil ekoloji baxımdan tam təmiz olur.

Yəni atmosferə zərərli tullantıların atılması səviyyəsi 0-a düşür.

Almaniya ərazisində bir həftə ərzində keçirilən aksiya zamanı "Mercedes"in sloqanı "Ətraf mühit üçün gözəgörünməz - hamı üçün gözəgörünməz!" olub.

Aksiyada istifadə olunan avtomobilin korpusu bütünlüklə LED-panellərlə örtülmüşdü. Videokamera vasitəsilə alınan görüntülər həmin panellərə ötürülüb və avtomobilin gözəgörünməzlik effekti əldə olunub.

Video