Azərbaycan qrossmeysteri “Vyana Open 2015”ə liderlik edir
20.8.2015

Turnir isveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

Avstriyada “Vyana Open 2015” beynəlxalq şahmat festivalı davam edir.

50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı qrossmeysterlər Eltac Səfərli və Nərgiz Umudova təmsil edirlər. Festival A ,B, C və D turnirlərindən ibarət keçirilir.

Festival çərçivəsində Şəhriyar Məmmədyarov və yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət görüş təşkil olunub. Birinci partiyada ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə rəqibini məğlub edib. İkinci partiya isə heç-heçə nəticələnib. Beləliklə, 2 turdan sonra Ş.Məmmədyarov 1,5-0,5 hesabı ilə öndədir. Qrossmeysterlər arasında matç avqustun 22-dək davam edəcək.

A turnirində mübarizə aparan Eltac Səfərli 4-cü turda İngiltərə təmsilçisi Kosima Keen üzərində qələbə qazanıb. Nərgiz Umudova isə Almaniya şahmatçısı Manfred Herboldla sülh bağlayıb. Dörd turdan sonra Nərgiz Umudova aktivinə 2,5, Eltac Səfərli isə 2 xal yazdırıb.

Turnir isveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

www.oxu.az