Avqustun 20-dən etibarən “Unibank” filiallarına müraciət edən hər kəs, sərfəli şərtlərlə nağd kredit əldə edə bilər.
Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində hər 500 manatlıq kreditə cəmi 20 manatdan başlayan aylıq ödəniş nəzərdə tutulub. Kampaniya sentyabrın 15-dək davam edəcək.
“Unibank“ hazırda 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.
APA