İT üzrə III Avropa konfransı keçiriləcək
21.8.2015

Sentyabrın 10-da Avstriyanın Vyana şəhərində İnformasiya texnologiyaları və kompüter elmləri üzrə III Avropa konfransı keçiriləcək.

Konfransın əsas istiqamətlərini texnoloji proses və məhsulların avtomatlaşdırılması, idarə olunması, kompüter şəbəkələri, informasiya emalının kvant metodları, kompüter şəbəkələrinin riyazi və proqram təminatı, informasiya mühafizə sistemləri, informasiya təhlükəsizliyi, sistemli analiz, informasiya emalı və idarə olunması, informatikanın nəzəri əsasları, sosial və iqtisadi sistemlərdə idarəetmə və s. təşkil edir.

Konfrans “Şərq-qərb” perspektivli tədqiqatlar və ali təhsil assosiasiyası tərəfindən təşkil olunub.

Konfransda yaşadığı ölkədən, təhsil aldığı sahədən asılı olmayaraq tələbə, doktorant və elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşlar iştirak edəcəklər.

Distant formatda keçiriləcək konfransa internet vasitəsilə qoşulmaq da mümkündür.

Xeberler.az