Son günlər tez-tez əsəbiləşir, özünüzü cilovlaya bilmirsinizsə, təbiətin bəxş etdiyi möcüzəvi bitkilərə müraciət edin. Çünki bir çox bitkilər əsəbləri sakitləşdirmək xüsusiyyətinə malikdir.
Bu qəbildən olan bitkiləri və onlardan istifadə qaydalarını təqdim edirik:
Nanə: 50 qram nanə, 50 qram su yoncası, 50 qram pişikotu kökünü qarışdırın. 1 stəkan qaynar suyun içərisinə 1 çay qaşığı bu qarışıqdan töküb 10 dəqiqə dəmləyin. Səhərlər və gecə yatmazdan öncə yarım stəkan için.
Limonotu: 1 stəkan qaynar suya 4-6 qram limonotu töküb 10 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2-3 stəkan için.
Soğan: Soğanı rəndələyib balla qarışdıraraq məcun halına gətirin. Səhərlər acqarına və gecə yatmazdan öncə 1 qaşıq yeyin.
Yarpız: 1 stəkan qaynar suya, 5 qram yarpız töküb 10 dəqiqə dəmləyin. Bu çaydan gündə 2-3 stəkan için.
Kişmiş: Kişmişi yumşalana qədər ilıq suyun içərisində saxlayın. Kişmişin rəngi çəxmış həmin suyu için, elə özünü də yeyə bilərsiniz.
Çobanyastığı: 1 stəkan qaynar suya 2 qram qurudulmuş çobanyastığı töküb 10 dəqiqə gözləyin. Səhərlər acqarnına bu çaydan 1 stəkan için.
Lavanda çiçəyi: 8-10 qram lavanda çiçəyini 1 stəkan qaynar suyun içərisinə töküb dəmləyin. Gündə 3-4 stəkan için.
Adaçayı: 1 stəkan qaynar suya 2-10 qram adaçayı töküb dəmləyin. Gündə 2 stəkandan artıq içməyin.
Yemişan: 3-4 ədəd yemişanı əzin. Bitkinin çiçəkləri və yarpaqları ilə birgə bu əzilmiş meyvələri 1 stəkan qaynar suya töküb dəmləyin. Gündə 2-3 stəkan içə bilərsiniz.
Qırmızı çuğundur: Salatlara əlavə edərək yeyə bilərsiniz. Çiy halda daha tez təsir edər. Ancaq buxarda bişmişi də faydalıdır. Alternativ olaraq gündə 3 stəkan çuğundur şirəsi içə bilərsiniz.
Portağal yarpağı: Portağal yarpaqlarını qaynadıb suyunu için.
Xardal toxumu: xardal toxumu toz halına salınıb gündə 0,50 qramını yeməklərə əlavə edə bilərsiniz.
Rozmarin: 1 stəkan suya, 10 qram rozmarin töküb 10 dəqiqə qaynadın. Gündə 3 stəkan için.
Publika.az