4npress.com - xarici mətbuatı Azərbaycan dilində izləmək imkanı
24.8.2015

Sayt əsas olaraq məlumatlandırma funksiyasını yerinə yetirir.

Artıq xarici media qurumlarının xəbər və məqalələrini Azərbaycan dilində də izləmək olacaq.

Belə ki, yeni yaranmış 4npress.com saytı xarici Kütləvi İnformasiya Vasitələrinin maraq doğuran materiallarını tərcümə edir və bununla da həmin materialları istifadəçilərə Azərbaycan dilində oxumaq imkanı yaradır.

“4nspress” fasiləsiz olaraq çoxsaylı xarici nəşrləri və internet resurslarını nəzərdən keçirir və ən mühüm məqamları operativ qaydada doğma dilimizdə diqqətə çatdırır.

Sayt əsas olaraq məlumatlandırma funksiyasını yerinə yetirir və cəmiyyəti xarici KİV-lərdə işıqlandırılan aktual mövzularla tanış edir, aparıcı meyilləri (trendləri) nümayiş etdirir.

“4+n” simvolik yazı forması ingilis dilində “foreign”, yəni “xarici” mənasını verir. Saytın adı “Xarici mətbuat” kimi tərcümə edilir. “Dörd” rəqəmi isə saytın simvolu və loqosudur, hər iki ifadə bir-birini tamamlayaraq “Xarici mətbuatın gücü (IV hakimiyyət)” mənasını verməkdədir.

www.oxu.az