Sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 19-22, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq.
Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
APA