Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin.
Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın.
Fiziki işdə fayda var.
Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq.
Buğa - emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır.
Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun.
Səhhətinizin qayğısına qalın. Travma riski var.
Yolda diqqətli olun.
Əkizlər - sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın.
Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın.
Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar.
Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür.
Xərçəng - mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər.
Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.
Psixikanızın müdafiə funksiyalarından yararlanın.
Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq.
Şir - hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar.
Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın.
Mövqeləriniz həmişəki kimi güclü deyil.
Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin.
Qız - qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil.
Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq.
Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin.
Tərəzi - emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın.
Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun.
Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın.
Əqrəb - aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın.
Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın.
Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Oxatan - başladığınız işi və ya reallaşdırmağa çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi olduğu insanlarla vaxt keçirmək faydalıdır.
Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır.
Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin.
Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil. Səhhətinizə fikir verin.
Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər.
Oğlaq - çətin gündür. Planlar dəyişəcək, planlar və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı astagəllik etməyin, çevik tərpənin.
Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər.
Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın.
Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun.
Gərginlikdən qurtulmağın yollarını tapın.
Axşam saatlarında istirahət edin.
Dolça - yaşamın öz qaydalarını diqtə etdiyi sahədə və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək, ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar. Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra bilər.
Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil.
Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb.
Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır.
Balıqlar - yaşamınızda taleyüklü dəyişikliklər başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini artırır.
Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın.
Hiss və emosiyalarınıza hakim olun.
Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər.
Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın.
Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər.
Milli.Az