Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin XVII Respublika Fənn Olimpiadasının açılış mərasimi keçirilib. Olimpiada Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiadada ali məktəblərdən seçilmiş tələbələr iştirak edir: “Olimpiada iştirakçıları 12 fənn üzrə yarışacaqlar. Qaliblər bir neçə gündən sonra müəyyənləşəcək”.
Tədbirdə bildirilib ki, olimpiadada Bakı, Gəncə, Lənkəran, Mingəçevir və Naxçıvan şəhərlərində yerləşən 31 dövlət və 8 özəl ali təhsil müəssisələrindən 750 tələbə iştirak edir. Olimpiada qaliblərinə Təhsil Nazirliyinin hədiyyələri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları və diplomlar təqdim olunacaq.
APA