Sentyabrın 13-də "Art Villa" qalereyasında "Açıq səma altında plener-9" keçiriləcək.
Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq plener "İdman və incəsənət" mövzusuna həsr edilib.
Tədbirdə rəsm əsərlərinin açıq səma altında təbii işıq və şəraitdə yaradılması ilə yanaşı, həm də çoxsaylı rəssamların işləməsi nəzərdə tutulub. Burada gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcəklər.
Plener sənətkarların özünü təkmilləşdirməsi forması kimi gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədilə keçiriləcək.
AZƏRTAC