Günəşdəki partlayışın şəkli çəkildi
25.8.2015

NASA-nın kosmik aparatı "Solar Dynamics Observatory" avqustun 24-də Günəşdəki partlayışın şəklini əldə edib. Şəkil NASA-nın saytında dərc olunub.

Məlumatda bildirilir ki, partlayış orta səviyyəli olub.

Qeyd edək ki, NASA-nın "Solar Dynamics Observatory" kosmik rəsədxanası 5 il müddətinə Günəşin öyrənilməsi üçün nəzərdə tutulub. Rəsədxana "Ulduzla həyat" (Living With a Star, LWS) proqramı çərçivəsində 2010-cu il fevralın 11-də kosmosa buraxılıb.

Milli.Az