Kiberhücumlara qarşı Windows 10 sistemi hazırlandı
25.8.2015

İsrail təhlükəsizlik şirkəti kiberhücumlara davamlı Windows 10 sistemini hazırlayıb.

İsrail təhlükəsizlik proqramları və sistemləri şirkəti kiberhücuma qarşı Windows 10 versiyasını kodlaşdırıb. Təhlükəsizlik şirkəti Morphisec, Windows 10 əməliyyat sisteminin hərbi sahədə istifadə olunduğunu və təhlükəsizlik açıqlarına görə hər zaman təhlükə yaradacağını bildirib.

Morphisec Windows sisteminin kod hissəsində random ünvanlama funksiyasını tətbiq edərək əməli yaddaşda işləyən proqramların xüsusi ünvanlarının qarşısını alıb. Beləliklə, davamlı ünvan dəyişən proqramların izlənməsi hakerlər tərəfindən aşkarlanmır və sistemə girişin də qarşısı alınır.

Morphisec-in yazdığı Windows 10 versiyası hələki istifadəyə verilməyib. İsraildə fəaliyyət göstərən Deutche Telecom şirkəti sistemi test edib və sistemin kiberhücumlara qarşı davamlı olduğuna təminat verib.

Sistemin satışa çıxarılacağı barədə isə məlumat verilməyib.

Xeberler.az