Azərbaycan şahmatçıları Abu-Dabidə keçirilən beynəlxalq festivalda qüvvələrini sınayırlar
25.8.2015

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə 22–ci beynəlxalq şahmat festivalı start götürüb.

Festivalda Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, ABŞ, İngiltərə, Polşa, Hindistan, Latviya, Macarıstan, Gürcüstan, Türkiyə, İran, Estoniya, Özbəkistan, Misir, Qətər, Almaniya və digər ölkələrdən ümumilikdə 450-dək şahmatçı iştirak edir.

Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli, Asif Yaqubi, Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil edirlər.

Yarış “Ustalar”, “açıq” və “gənclər” turnirlərindən ibarətdir. “Ustalar” turnirində 62 qrossmeyster daxil olmaqla 130 zəka sahibi qələbə uğrunda mübarizə aparır.

Festival İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilir.

AZƏRTAC