Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsinin «EuroClub»unun açılış mərasimi keçirilib.
Açılış mərasimində 57-ci “Eurovision” müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri, tanınmış simalar iştirak ediblər. Gecədə müxtəlif illərin, eləcə də builki “Eurovision”un hitləri səsləndirilib.
Səhər saatlarına qədər davam edən mərasimdə Azərbaycana gəlmiş xarici jurnalistlər, fanlar əyləniblər.
Qeyd edək ki, Bakı «EuroClub»u sahəsi və texniki avadanlıqlar baxımından son illərin «EuroClub»larından fərqlənir. Burada mayın 19-da “Eurovision-2012”-nin rəsmi açılış mərasimi keçiriləcək.
Mayın 22-də və 24-də keçiriləcək yarımfinal, eləcə də mayın 26-da keçiriləcək final mərhələsindən sonra isə burada mərasimlər təşkil olunacaq.
APA