“EkoPatrul” sosial çarx layihəsi yekunlaşıb
27.8.2015

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə çəkilən, layihə rəhbəri və rejissoru Cavanşir Eladisoy olan “EkoPatrul” sosial çarx layihəsi yekunlaşıb.

Layihədə əsas məqsəd cəmiyyətə, xüsusən də gənclərə ətraf mühiti və təbiəti qorumağı təbliğ etmək olub.

Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin bir istiqaməti də yeni nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik habelə ətraf mühitin təmizliyinə riayət olunması və yaşıllığın qorunması prinsiplərinin təbliğ edilməsidir. Bundan irəli gələrək layihə çərçivəsində çəkilən videoçarxda yuxarıda qeyd edilən prinsiplərin gənclər arasında təbliği nəzərdə tutulub.

Videoçarx ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.youtube.com/watch?v=7Oj0HOzdTtU

AZƏRTAC