Avtomobil hissələrindən geyim hazırlanıb
27.8.2015

Hollandiyalı dizayner Anuk Vipprext (Anouk Wipprecht) plastikdən hazırlanmış geyim kolleksiyasını təqdim edib.

Platik parçaların hamısı 3D-printerdə çap olunub. Həmçinin geyimlərdə Audi A4 sedanın hissələrindən istifadə olunub.
Kolleksiyada cəmi 4 geyim var, onların hamısı ağ və qara rəngdədir.

2 geyimdə lampalar və parkinq sensorları quraşdırılıb. Başqa bir geyim 60 vatt gücə malik işıq diodları ilə bəzədilib. Bundan başqa geyimlərdə lazer məsafəölçənlər quraşdırılıb.

Bir geyimin hazırlanmasına 3 gün lazım olub.

Kolleksiya ilk dəfə Berlində keçirilən Fashiontech konfransında təqdim olunub. Kolleksiyanın yaxın zamanda Audi-nin Milan, Pekin və Londonda yerləşən flaqman mağazalarında nümayiş olunacağı planlaşdırılır.

Xeberler.az