Argentinada İslam mədəniyyətinə aid sərgi açılıb
28.8.2015

Argentinanın paytaxtı Buenos-Ayresdə "Şəhərdə İslam Sənət" adlı fotosərgi açılıb.

Buenos-Ayresin Dini İşlər üzrə Komitəsinin təşkilatçılığı ilə Argentina İslam Mərkəzində təşkil olunan sərgidə bu və digər ölkələrdə çəkilmiş islami dəyərlərlə bağlı müxtəlif məzmunlu fotolardan ibarət sənət əsəri nümayiş olunub.

Sərgidə vaxtı ilə ölkəyə köç etmiş İspan mənşəli ərəb bərbərlərin və XX yüzillikdə Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İran və.s müsəlman ölkələrindən gəlmiş sənət adamlarının İslam mədəniyyəti ilə bağlı 35 əsəri yer alıb. Bir gün davam edən sərgi xeyli sayda yerli və xarici turist tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, müxtəlif vaxtlarda Buenos-Ayresdə yerləşən bır sıra məkanlarda islami dəyərlərin əks olunduğu fotolardan ibarət sərgilər açılır.

AZƏRTAC