Sabahdan “metrokart”a gedişhaqqı yüklənməyəcək
31.8.2015

“Onlar “Bakıkart”a transfer edə bilərlər”.

Sabah sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq.

Bunu  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sərnişinlər girov dəyəri və gediş haqqını “Bakıkart”a transfer edə bilərlər.

Qeyd edək ki, avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, “BakıKART”ın (plastik kart) satışı 2 manat, “BakıKART məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir.

www.oxu.az