ATV-nin prezidenti dəyişib
14.5.2012

“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbərliyində dəyişiklik olub. Şirkətin yeni prezidenti Vüqar Qaradağlı məlumatı təsdiqləyib. O bu gündən yeni vəzifəsinin icrasına başladığını bildirib.

V. Qaradağlı teleşirkətin fəaliyyətində dəyişikliklərin olacağını da əlavə edib. “Amma biz bura işləməyə gəlmişik, camaatın işinə mane olmağa yox”, - deyə o bildirib.

Qeyd edək ki, buna qədər “Azad Azərbaycan” Teleradio Şirkətinin prezidenti Tağı İbrahimov olub.

APA