“DəmirBank” müştərilərə “MasterCard” ilə endirimlər təklif edir
1.9.2015

“DəmirBank” müştərilərinə “MasterCard” plastik kartları üzrə endirimlərdən faydalanmağı təklif edir.

Bankdan verilən məlumata görə, belə ki, bank müştəriləri “MasterCard” tərəfindən təqdim edilən endirim kampaniyasında 70-ə qədər brendin məhsul və xidmətlərindən 10 faiz endirimlə yararlana bilərlər.

Endirim kampaniyası dekabrın 31-dək davam edəcək.

Plastik kartları bankın filiallarında və həmçinin www.demirbank.az/index.php?/az/ordercard/ internet səhifəsində onlayn sifariş etmək mümkündür.

Bank plastik kart sahiblərinə eyni zamanda Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri, ödənişlərin (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin pozulması üzrə cərimələr) həyata keçirilməsi və endirim imkanları da təqdim edir.

AZƏRTAC