Çillərə və günəş ləkələrinə qarşı kətan toxumu maskası
1.9.2015

Yay aylarında günəş vannası qəbul etməyi hamı xoşlayır. Ancaq açıq rəngli dəriyə sahib olanlar ləkə və çillərin yaranacağından ehtiyat etdikləri üçün yay tətilini arzuladıqları kimi keçirə bilmirlər. Lakin narahat olmağa dəyməz. Dəridəki ləkələrin və çillərin qalıcı olduğu barədə təsəvvürün əksinə olaraq, kosmetoloqlar onları yox etməyin elə də çətin olmadığını iddia edirlər.

Türkiyənin ən məşhur kosmetoloqlarından olan Suna Dumanqayanın çil və ləkələrə qarşı ən təsirli maska reseptini təqdim edir:

1 çay qaşığı kətan toxumunu qaynadın. Daha sonra soyumasını gözləyin. Əldə etdiyiniz su ilə hər gün ləkəli və çilli bölgələri masaj edin. Maskanı təmizləməyə ehtiyac yoxdur. Bu maskanı üz, qol və sinə bölgəsinə çəkə bilərsiniz.

Qeyd edək ki, kətan toxumu suyu ləkələri və çilləri yox etməklə yanaşı, dərini yumşaldır və nəmləndirir.

Publika.az