ExpressPay elektron pul kisəsini təqdim edib
1.9.2015

ExpressPay ödəniş sistemi üzrə Azərbaycanda yeni elektron pul kisəsi istifadəyə verilib.

Bankdan verilən məlumata görə, ExpressPay pul kisəsi ilə istifadəçilər günün istənilən saatı mobil telefonları vasitəsi ilə ödəniş edə, həmçinin pul köçürmələri həyata keçirə bilərlər. Bunun üçün telefona ExpressPay mobil tətbiqini yükləmək və ExpressPay terminalları vasitəsi ilə vəsait yerləşdirmək kifayətdir.

ExpressPay pul kisəsində avtomatik ödənişlərin və ödənişlər şablonunu yaratmaq da mümkündür. Bundan əlavə aparılmış ödənişlərin tarixçəsi, eləcə də hər əməliyyat üzrə qəbzi görmək və ya elektron ünvana göndərmək mümkündür.

Xeberler.az