Şəmkirdə ilk dəfə olaraq distant təhsil mərkəzi yaradılıb
3.9.2015

Cari tədris ilindən etibarən Şəmkirdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün distant təhsil mərkəzi fəaliyyətə başlayacaq.

Bu barədə məlumat verən rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski deyib ki, bunun üçün tamamilə yenidən qurulan Nizami Gəncəvi adına Şəmkir şəhər tam orta məktəbi bütün tədris ləvazimatları ilə təmin edilib. Məktəbdə sağlamlıq imkanları məhdud olan uşaqların təhsil almaları üçün hər bir şərait yaradılıb. İlkin mərhələdə burada 50 uşağın təhsil alması nəzərdə tutulub.

AZƏRTAC