Millimiz komanda hesabında yeddinci yeri tutub.
İstanbulda “Karate-1” Premyer Liqasında iştirak edən Azərbaycan milli komandasının üzvü İrina Zaretska yarışın qalibi adını qazanıb.
Digər idmançılarımızdan Rafiz Həsənov (-67 kq) və Ceyhun Mustafayev (-60 kq) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Azərbaycan millisi komanda hesabında yeddinci yeri tutub.
İstanbul “Karate-1” Premyer Liqasında 48 ölkədən 492 idmançı iştirak edib.
Dünya Karate Federasiyasının “Karate-1” Premyer Liqa yarışlarında növbəti turnir sentyabrın sonunda Almaniyada keçiriləcək.
www.oxu.az