Venesuela Azərbaycanda diplomatik nümayəndəlik açıb
14.5.2012

Venesuela Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib. Diplomatik nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsində olacaq. Bu gün Xarici İşlər Nazirliyində Venesuelanın müvəqqəti işlər vəkili xanım Kristina Lamos ilə görüş keçirilib.

Venesuela rəsmisi ölkəsinin Azərbaycanda müvəqqəti işlər vəkili səviyyəsində diplomatik nümayəndəliyinin açılması barədə məlumat verib.

APA