Berlində keçirilən “IFA 2015” sərgisində Cənubi Koreyanın Samsung şirkəti “ağıllı ev” üçün 200-dən çox müxtəlif ev qurğusunun hərəkətini sinxronlaşdıran idarəetmə sistemini təqdim edib.
Yeni sistem Samsung-un SmartThings şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Samsung Smart Things Hub adlandırılan sistemin mərkəzi qurğusu bir növ sistemin ayrı-ayrı modullarından məlumatların daxil olduğu server rolunu oynayır.
Samsung Smart Things Hub-ı Android və ya iOS üçün mobil proqramın köməyi ilə idarə etmək olar. Qurğu 10 saata qədər avtonom işləmək qabiliyyətinə malik daxili akkumulyatorla təchiz edilib.
Yeni qurğunun dəyəri ABŞ-da 99 dollar təşkil edir.
Xeberler.az