Azərbaycanın Qarabağ cinsli atları Böyük Britaniya Kraliçəsi İkinci Yelizaveta hakimiyyəti yubileyinin qeyd edilməsində nümayiş etdirilib.
“The Times” qəzetinin verdiyi məlumata görə, mərasim Vindzor atlar sərgisində baş tutub. Brilyant Yubileyi adlanan mərasimi Kraliçənin 60 illiyi krallığı münasibətilə keçirilən ilk böyük rəsmi tədbir olub.
Mərasim atları uşaqlıqdan sevən 86 yaşlı kraliçənin xoşuna gəlmək üçün təşkil olunub.
90 dəqiqə ərzində Qarabağ atları ilə yanaşı, ərəb, Avstraliya və Hindistan atları, Şotlandiya poniləri, süvari və rodeo atları Kraliçəyə bacardıqlarını nümayiş etdiriblər.
Ann.az