Sentyabrın 14-də Nyu-Yorkda yerləşən Müasir Sənət Muzeyində (MoMA) sərgi açılacaq.
Heykəltəraş rəssamın sənət əsərlərinin nümayiş olunacağı ən böyük "Picasso" adlı sərgidə xeyli sayda turistin iştirak edəcəyi gözlənilir. Belə ki, dünya şöhrətli ispaniyalı rəssam Pablo Pikassonun adı ilə bağlı olan sərgidə rəssamın bütün əsərləri qonaqlara təqdim olunacaq. Muzeydə son əlli ildə gerçəkləşdiriləcək ən böyük sərgidə yerli və xarici turistlər P. Pikassonun əl işi olan 140 heykəllə tanış olacaqlar. Sərgidə nümayiş olunan rəssamın sənət nümunələri dünyanın hər yerindən olan muzeylərdən toplanaraq ABŞ-da bir araya gətiriləcək. Sənətkarı dünyaya tanıdan işlədiyi bütün əsərləri bir çox özəllikləri və orijinallıqları ilə diqqət cəlb edir.
Sərgi 2016 - cı ilin fevral ayınadək ziyarətçilər üçün açıq qalacaq.
AZƏRTAC