Azərbaycanda rus bölməsi üzrə Azərbaycan dilindən dünən keçirilən imtahanın nəticələri açıqlanıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdirilib.
Abituriyentlər nəticələrini 7727 nömrəsindən boş SMS göndərməklə də öyrənə bilərlər.
APA