“Google” və “Twitter” şirkətləri xəbərlər xidmətinin yaradılması üçün səylərini birləşdirəcək. Layihənin əsas fərqləndirici cəhəti açıq çıxış kodlarından istifadədir.
“Instant Articles” (Dərhal yazılan məqalələr) adlanacaq xidmətin köməyi ilə naşirlər materialları iki internet şirkətinin servislərindən istifadə edən mobil qurğularda göstərə biləcəklər. Yeni xidmətin payızda kiçik naşirlər qrupunun iştirakı ilə sınaqları planlaşdırılır. Layihənin "Facebook”, “Apple” və “Snapchat” şirkətlərinin istifadəyə verməyə hazırlaşdığı analoji servislərlə rəqabət aparacağı gözlənilir.
Servis naşirləri müəyyən reklamçıdan asılı etməyəcək, çünki “Google”u alternativ tədarükçüyə dəyişmək mümkün olacaq. Bundan başqa, naşirlər tərəfindən servisdə öz səhifələrindən istifadə üçün onların ayrıca versiyalarını hazırlamağa ehtiyac qalmayacaq.
AZƏRTAC