BMT-nin Baş Assambleyasının 70-ci sessiyası başladı
16.9.2015

İclasda 193 ölkənin nümayəndə heyəti iştirak edir.

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Baş Assambleyanın 70-ci sessiyası işə başlayıb.

Birinci iclası sədr – Danimarkanın sabiq XİN başçısı Moqens Likketoft açıb.

“Mən, Baş Asambleyanın 70-ci sessiyasını açıq elan edirəm”, - o deyib.

Likketoft həmçinin “sükut, dua və düşünmək üşün” dəqiqə elan edib.

Baş Assambleyanın birinic iclasında BMT-nin 193 üzv-ölkələsinin nümayəndə heyəti, eləcə də təşkilatın baş katibi Pan Gi Mun iştirak edir.

www.oxu.az