"Azercell Telekom" MMC "Mobil müştəri xidmətləri" layihəsi çərçivəsində daha bir yenilik edib.
Şirkətdən bildiriblər ki, artıq "Azercell Ekspres"ə (AzEx) və müştəri xidməti mərkəzlərinə müxtəlif səbəblərdən gələ bilməyən abunəçilər Bakı və Gəncə Telefon Mərkəzinə zəng edə bilərlər. Bununla yanaşı, abunəçinin adından ofisin nümayəndəsinə şifahi müraciət də etmək mümkündür. On beş manat təşkil edən bu xidmət çərçivəsində abunəçinin müraciətinə uyğun şəkildə beşədək müxtəlif əməliyyat icra oluna bilər. Xidmətin ətraf kəndlər də daxil Bakı şəhəri ərazisində ümumi qaydalara uyğun olaraq göstərilməsi nəzərdə tutulub.
Bu ilin aprel ayında yaradılan Mobil Müştəri Xidmətləri Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərini rahat və operativ şəkildə həyata keçirib. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində “Azercell” tərəfindən təqdim olunan bütün xidmətlər göstərilib.
AZƏRTAG