Britaniyada dünyaca məşhur buterbrod - sendviçin 250 yaşı qeyd olunur
15.5.2012

Britaniyada dünyaca məşhur buterbrod - sendviçin 250 yaşı qeyd olunur. GoMap.Az İngiltərə KİV-nə istinadən xəbər verir ki, "ad günü" Britaniyanın eyniadlı şəhərində keçirilir.

Rəvayətə görə, XVIII əsrdə güclü qumarbaz olmuş Sendviç hersoqu kart oynayarkən ofisianta oyundan ayrılmayaraq əldə tutulması və yeyilməsi asan olan 2 dilim çörəyin arasında ət gətirməsini tapşırıb. Yemək kart oynayanların xoşuna gəlib və sonradan onu "Sendviç" kimi sifariş etməyə başlayıblar. İllər keçdikcə buterbrod dünyada məşhurluq qazanıb və sendviç adı ilə tanınıb.

Milli.Az